525.Az

"Qalatasaray"dan mühüm qərar


 

"Qalatasaray"dan mühüm qərar<b style="color:red"></b> "Qalatasaray" klubu "Spor Toto" Super Liqada əldə etdiyi çempionluğunu təntənəli şəkildə qeyd etməyəcək.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, komandadan verilən açıqlamada "Qalatasaray" - "Trabzon" matçından sonra keçirilməsi planlaşdırılan kubok törəninin Reyhanlıdakı qorxunc hadisə və Burak Yıldırım adlı "Fənərbağça" azarkeşinin futbol terroru ucbatından ölməsi səbəbilə təxirə salındığı bildirilib.

Tədbirin UEFA kubok törənləri proseduruna uyğun keçiriləcəyi, çempionluq tədbirinin isə yeni mövsümün əvvəlində baş tutacağı qeyd edilib.
 





13.05.2013    çap et  çap et