525.Az

Şəhid Elnur Əliyevin həyatından bəhs edən "Şəhidlik zirvəsi" filmi çəkilir


 

Şəhid Elnur Əliyevin həyatından bəhs edən "Şəhidlik zirvəsi" filmi çəkilir<b style="color:red"></b>

Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Qarabağ və aprel döyüşlərində fədakarcasına şəhid olmuş əsgər və zabitlərimizin həyatından bəhs edən layihələr həyata keçirilir.
 
"Mədəni İnkişaf Mərkəzi" İctimai Birliyi də öz növbəsində bu layihələr çərçivəsində şəhidlərimizin həyatından bəhs edən sənədli-bədii filmlər hazırlayır.

2016-cı ildə Birlik Şuranın bu istiqamətdə apardığı siyasətinin nəticəsi olaraq Tərtər döyüşlərində qəhrəmancasına şəhid olmuş, qərargah rəisi kapitan Nəcməddin Savalanovun həyatından bəhs edən "Şəhidliyə aparan yol" qısametrajlı sənədli-bədii filmini müvəffəqiyyətlə hazırlayaraq tamaşaçıların ixtiyarına verib. Filmdə şəhidin keçdiyi həyat yolu ailə üzvləri, dostları, xidmət yoldaşları, silahdaşlarının xatirələri əsasında lentə alınıb.

Həmçinin, təşkilatdan verilən məlumata görə, 2017-ci ildə Şuranın birinci maliyyə müsabiqəsində N saylı hərbi hissədə şücaət göstərmiş, Lələtəpə yüksəkliyinin alınmasında xüsusi igidliyilə fərqlənmiş şəhid Elnur Əliyevin həyatından bəhs edən "Şəhidlik zirvəsi" qısametrajlı bədii-sənədli film üzərində işləməyi öz öhdəsinə götürüb. Artıq Elnur Əliyevin həyatını əks etdirən arxiv materialları toplanaraq N saylı Hərbi Hissədə çəkilişlərə start verilib.

Şahanə MÜŞFİQ

 





20.06.2017    çap et  çap et