525.Az

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsi başladı


 

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsi başladı<b style="color:red"></b>

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

APA-nın məlumatına görə, prosesə sədrlik edən hakim Novruz Kərimov bildirib ki, təqsirləndirilən şəxsə dövlət hesabına vəkil Şirin Atayev təyin edilib.

Məhkəmə baxışı iyunun 29-na təyin edilib.

Qeyd edək ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub. Sürücüyə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb.

 





20.06.2017    çap et  çap et