525.Az

Gəncə-Amerika Guşəsi açıldı


 

Gəncə-Amerika Guşəsi açıldı<b style="color:red"></b> ABŞ səfiri Robert Sekuta Gəncə Mərkəzi Kitabxanasında yerləşən Gəncə-Amerika Guşəsinin açılışında iştirak edib.

Səfir guşənin açılışında etdiyi çıxışında guşənin yerli icma üçün vacibliyini qeyd edib.

Açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri də iştirak ediblər.

Səfirlik kitabxanaya yeni avadanlıq, texnika və lazımi materiallar hədiyyə edib. Guşə ingilis dilini öyrənmək və təhsil proqramları üçün yay vaxtı açıq olacaq.
 
R.Sekuta, həmçinin, Amerika hökumətinin mübadilə proqramlarının məzunları ilə görüşüb, amerikada aldıqları təhsilin onların karyeralarında nə dərəcədə əhəmiyyətli olduğu və məzunların Gəncədə çalışarkən yerli icma üçün nə edə bildikləri barədə maraqlanıb.
 
Amerika Guşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən ən böyük Bakı-Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika guşələri də daxildir. Bu mərkəz və guşələr ingilis dilini təkminləşdirmək, ABŞ barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və yaradıcılıq məkanında yüksək innovativ texnologiyalar layihələrində iştirak etmək imkanlarını yaradır. Guşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir.
 





20.06.2017    çap et  çap et