525.Az

Aleksandr Səmədov: “Sizə kim dedi ki, mən qafqazlıyam?”


 

Aleksandr Səmədov: “Sizə kim dedi ki, mən qafqazlıyam?” <b style="color:red"></b>

Rusiyalı aktrisa və teleaparıcı Alla Mixiyeva Konfederasiyalar kubokunda milli komandalarının Yeni Zelandiyaya qalib gəldiyi oyundan (2:0) sonra bəzi futbolçularla ayaqüstü müsahibə edib.

Qol.az-ın xəbərinə görə, gözlənilməz sualları ilə tanınan Mixiyeva futbolçuları da təəccübləndirib. O, mikrofonu Rusiya millisinin əslən azərbaycanlı olan futbolçusu Aleksandr Səmədova da uzadaraq “Mən sizi tanıyıram. Siz qafqazlısınız” deyib.

Səmədov isə cavabında “Sizə kim dedi ki, mən qafqazlıyam? Mən Moskvada doğulmuşam, sadəcə, qafqazlıya oxşayıram” – deyə bildirib.

 





21.06.2017    çap et  çap et