525.Az

Mourinyo Ronaldodan imtina etdi


 

Mourinyo Ronaldodan imtina etdi<b style="color:red"></b>

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo gözlənilməz qərarla gündəmə gəlib.

Qol.az-ın BBC-ya istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis “Real”dan ayrılacağı deyilən Kriştianu Ronaldo Mançesterdə görmək istəmədiyini bildirib.

Mourinyo qərarını Ronaldonun 32 yaşı, transfer məbləğinin və maaşının yüksək olması ilə əlaqələndirib. “Qırmızı şeytanlar”ın çalışdırıcısı Ronaldodansa Alvaro Moratanın transferində israr edir.

Lakin Mourinyodan fərqli olaraq, klubun vitse-prezidenti Ed Vudvord Ronaldonun “Old Trafford”a qayıtmasının tərəfdarıdır.

Qeyd edək ki, PSJ artıq Ronaldo üçün 120 milyon avro ödəməyə hazır olduğunu bildirib.

 





21.06.2017    çap et  çap et