525.Az

Gəncədə mühafizə polisi əməkdaşının silahı əlindən alındı


 

Gəncədə mühafizə polisi əməkdaşının silahı əlindən alındı<b style="color:red"></b> Gəncədə mühafizə polisinin əməkdaşına hücum olub.
 
APA-nın məlumata görə, səhər saatlarında Gəncədəki banklardan birinin mühafizəçisi xidməti silahını təhvil verməyə gedərkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb.
 
Həmin şəxs polisin silahını götürərək ərazidən uzaqlaşıb.
 
Hazırda hüquq-mühafizə orqanlarını əməkdaşları polisə hücum edənin tapılması istiqamətində tədbirlər həyata keçirirlər.
 





21.06.2017    çap et  çap et