525.Az

İşğal altındakı abidələrimiz haqqında animasiya çarxı


 

İşğal altındakı abidələrimiz haqqında animasiya çarxı <b style="color:red"></b>

Azərbaycanda "Sülh elçisi" adlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən animasiya çarxı hazırlanıb.

Çarxda əsas qəhrəman Azərbaycanın işğal edilmiş ərazisində yaşayan gənc erməni qızıdır. O, öz xalqının azərbaycanlılara qarşı aqressiv davranmasını anlayır və qəbul edir, ermənilər tərəfindən darmadağın edilmiş Azərbaycanın tarixi və mədəni abidələrinə baş çəkir. Animasiyanın əsas qəhrəmanı məktub yazaraq "Ermənistan-Azərbaycan Sülh Platforması"na qoşulmaq qərarına gəlir. Lakin qızın atdığı addım onun üçün faciəvi sonluqla nəticələnir.

Animasiyada 3D qrafikasının köməyi ilə Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Natavanın Ev Muzeyi kimi tarixi-mədəni abidələr bərpa edilib. Animasiyada həmçinin Azərbaycana qarşı erməni ideoloqlarının aparıcı şəxslərindən olan Movses Akopyanın qrafikası əks olunub.

Çarxın hazırlanmasında əsas məqsəd Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. 

Bu videoçarx Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının yardımı ilə "Addım" GİM İctimai Birliyinin həyata keçirdiyi "Ermənistan-Azərbaycan Sülh Platforması 3D qrafikalı animasiyada" layihəsi çərçivəsində hazırlanmışdır. "Addım" Gənclərin İnkişaf Mərkəzi İ.B. çarxın hazırlanıb ərsəyə gəlməsində köməlik edən hər kəsə  minnətdarlığını bildirir.

 





21.06.2017    çap et  çap et