525.Az

"Yuventus"a şərt qoydu - "Traktor alın, müqavilə bağlayaq"


 

"Yuventus"a şərt qoydu - <b style="color:red">"Traktor alın, müqavilə bağlayaq"</b>

"Yuventus"un yeni müqavilə imzalamaq istədiyi gənc futbolçusu Moys Kinin atası Turin klubunun qarşısına maraqlı şərt qoyub.

Qol.az-ın “Tuttosport”a istinadən yaydığı xəbərə görə, 17 yaşlı futbolçunun atası "Yuventus"u verilən vədlərə əməl etməməkdə ittiham edib. O, bildirib ki, tələb etdikləri həyata keçməyincə oğlu "Yuventus"la yeni müqavilə imzalamayacaq:

"Düzdür, "Yuventus"la anlaşmışıq. Yeni müqaviləyə görə oğlum ildə 700 min avro maaş alacaqdı. Onlar mənim Kot-d-İvuarda yerləşən fermama yeni avadanlıqlar alacaqlarına  söz vermişdilər. Xüsusən də məni yeni traktorla təmin edəcəklərini demişdilər. Sözlərinə əməl etmədiklərinə görə, hələ müqavilə imzalamamışıq".

Qeyd edək ki, M. Kin İtaliya A seriyasında qol vuran ən gənc futbolçulardan biridir.

 





21.06.2017    çap et  çap et