525.Az

Fransada iki nazir istefa verdi


 

Fransada iki nazir istefa verdi<b style="color:red"></b> Fransanın ədliyyə naziri Fransua Bayru, habelə Avropa İttifaqı ilə əlaqələr və xarici işlər üzrə nazir yanında Avropa işləri naziri xarici işlər naziri Mariel de Sarnez istefa verib.
 
APA-nın məlumatına görə, bu barədə BFMTV məlumat yayıb.
 
Qeyd edək ki, iyunun 20-də Fransa müdafiə naziri Silvi Qular istefa vermişdi. Buna səbəb prokurorluğun Demokratik Hərəkatın (MoDem) yüksək vəzifəli şəxsləri ilə bağlı ilkin araşdırmaya başlamasıdır. Hər üç nazir müxtəlif vaxtlarda bu Hərəkatın rəhbərliyində olub.
 
Xatırladaq ki, iyunun 9-da Fransa hüquq-mühafizə orqanlarına bir nəfərin müraciəti daxil olub. Həmin şəxs bildirib ki, 2010-cu ildə Avropa Parlamentində S. Quların köməkçisi kimi çalışıb, əmək haqqı alıb, ancaq heç vaxt köməkçi funksiyasını yerinə yetirməyib. İstintaq Mariel de Sarnezlə bağlı da anoloji pozuntuya dair informasiyaya malikdir. F. Bayru barədə araşdırma aparılmasa da, MoDem rəhbəri olmuş şəxslərdən bir kimi həmkarları ilə həmrəylik nümayiş etdirib.
 





21.06.2017    çap et  çap et