525.Az

Akarca: “Türkiyə vətəndaşlarına hansı haqlar verilirsə...”


 

Akarca: “Türkiyə vətəndaşlarına hansı haqlar verilirsə...”<b style="color:red"></b> “Dünyanın ən böyük çətinliklərindən biri müharibə və insanların öz evlərində çıxmağa məcbur qalmasıdır. Ermənistan hücumları nəticəsində 1 milyona yaxın azərbaycanlı da evindən, yurdundan didərgin düşüb”.
 
APA-nın məlumatına görə, bu sözləri Türkiyə Nazirlər Kabineti yanında Mətbuat və İnformasiya Baş İdarəsinin baş direktoru Mehmet Akarca Türkiyədə səfərdə olan xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, eyni vəziyyət Suriyada və İraqda da var və bu ölkələrdə müharibə davam edir: “Oradan 3,5 milyon miqrant Türkiyəyə yerləşib. Onlar evindən, yurdundan olub, qaçmağa məcbur qalıb. Heç kəsə belə bir tale arzulanmamalıdır. Hazırda Türkiyə vətəndaşlarına nə haqlar verilirsə, onlara da o haqlar verilir. Onlar Türkiyədə istədikləri qədər qalacaqlar”.
 
M. Akarca qeyd edib ki, miqrant böhranı zamanı Türkiyəyə heç bir ölkə ciddi kömək etməyib: “Onlar vəziyyətin ağırlığını anladıqlarını bildiriblər, lakin kömək etməyiblər. Türkiyə indiyə kimi düşərgələrdə mühacirlərin saxlanması üçün 25 milyard dollar xərcləyib. Avropa İttifaqı 4 milyard yardım edəcəklərini bildirib, lakin o pul bizə gəlib çatmayıb”. 
 
M. Akarcanın sözlərinə görə, Türkiyədəki mühacirlərdən 3,2 milyonu suriyalı, qalanı İraq, Afrika və bəzi Avropa ölkələrindəndir.
 





21.06.2017    çap et  çap et