525.Az

ABŞ-dan İran etirazı


 

ABŞ-dan İran etirazı<b style="color:red"></b>

ABŞ mayın 27-dən İranın sədrlik edəcəyi BMT Tərksilah Konfransının toplantılarına təmsilçi göndərməyəcəyini açıqlayıb.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin mətbuat sözçüsü Erin Pelton İranın 27 may-23 iyun tarixləri arasında BMT Tərksilah Konfransına sədrlik etməsinin talesizlik olduğunu və yaraşmadığını deyib.

BMT Təhlükəsizlik Şurasının embarqosu altındakı ölkələrin simvolik də olsa BMT təşkilatlarına sədrlik etməməli olduğunu vurğulayan Pelton İranın simvolik də olsa sədrlik etməsinin qurumun hədəf və məqsədlərinə zidd olduğunu deyib.

Pelton bu dövr ərzində səfirlər səviyyəsində keçiriləcək toplantılarda ABŞ-ın iştirak etməyəcəyini bildirib.

 





14.05.2013    çap et  çap et