525.Az

Ağ Ev Tramp və Putin arasında görüşün keçiriləcəyini təsdiqləmədi


 

Ağ Ev Tramp və Putin arasında görüşün keçiriləcəyini təsdiqləmədi<b style="color:red"></b> Ağ Ev Almaniyada, G-20 sammiti çərçivəsində Tramp və Putin arasında görüşün keçiriləcəyini təsdiqləməyib.
 
APA-nın xəbərinə görə, bu barədə RİA Novosti xəbər verib.
 
“Hazırda bu barədə bir söz deyə bilmərəm”, Ağ Evin nümayəndəsi Lindsi Uolters bildirib.
 
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov belə görüşün planlaşdırılmadığını açıqlayıb.
 
Qeyd edək ki, “Böyük İyirmilik” (G 20) ölkələri liderlərinin sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək.
 





22.06.2017    çap et  çap et