525.Az

Ağa Nemətulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır


 

Ağa Nemətulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır<b style="color:red"></b> Yolların və piyada keçidlərinin yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
 
"Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu gün səhər saat 10:00-dan etibarən Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski küçəsinə kimi) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
 
Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.
 
Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.
 





22.06.2017    çap et  çap et