525.Az

AMEA-dan magistraturaya qəbul olmuş bakalavrlara müraciət


 

AMEA-dan magistraturaya qəbul olmuş bakalavrlara müraciət<b style="color:red"></b> Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistraturaya qəbul olmuş bakalavrlara müraciət edib.

AMEA-dan APA-ya verilən xəbərə görə, 2017/2018-ci tədris ili üçün magistraturaya qəbul olmuş bakalavrlar akademiyada qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin əsli və surəti, bakalavr diplomunun əsli və surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil müəssisəsindən arayış), 4 ədəd fotoşəkil (3×4 sm) tələb olunur.
 
Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı iyunun 29-dan iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Magistratura şöbəsində (Hüseyn Cavid pr., 115, I mərtəbə,otaq 150) aparılacaq.
 
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
 





22.06.2017    çap et  çap et