525.Az

“Həmsədrlərin son bəyanatı Rusiyanın mövqeyini tam əks etdirir”


 

“Həmsədrlərin son bəyanatı Rusiyanın mövqeyini tam əks etdirir”<b style="color:red"></b> “ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin yekunlarına dair bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı mövqeyini tam əks etdirir”.
 
APA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
 
“Həmsədrlərin bəyanatında o cümlədən, Rusiyanın mövqeyi və regionda baş verənlərlə bağlı son qiymətləndirmə əks olunub”, - deyə o vurğulayıb.
 
Bununla yanaşı M. Zaxarova qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusu daim Rusiya Xarici İşlər Nazirliyinin gündəmindədir. 
 
Diplomat onu da vurğulayıb ki, Qarabağ nizamlanması iyunun 20-də Moskvada keçirilən Rusiya və Fransa xarici işlər nazirlərinin görüşündə müzakirə olunmayıb.
 





22.06.2017    çap et  çap et