525.Az

Lapşinin məhkəməsinin baxış iclası iyunun 30-na təyin edildi


 

Lapşinin məhkəməsinin baxış iclası iyunun 30-na təyin edildi<b style="color:red"></b> Bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
 
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
A. Lapşin prosesdə İsrail, Ukrayna və Rusiya vətəndaşlığını daşıdığını, himayəsində azyaşlı uşağı olduğunu deyib.
 
Bildirib ki, ittiham aktı ilə tanış olub. O, sonuncu yaşayış yerinin İsrail olduğunu da deyib.
 
A. Lapşinin vəkili hər hansı vəsatətlə çıxış etməyib.
 
Məhkəmənin baxış iclası iyunun 30-na təyin edilib.
 





22.06.2017    çap et  çap et