525.Az

"Real" Mbappe və Donnarumma ilə şifahi razılığa gəldi


 

"Real" Mbappe və Donnarumma ilə şifahi razılığa gəldi<b style="color:red"></b>

"Real"  "Monako”nun hücumçusu Kilian Mbappe "Milan”ın qapıçısı Canluci Donnarumma  ilə şifahi razılığa gəlib.

Qol.az-ın "Marca”ya istinadən yaydığı xəbərə  görə, Madrid klubunun prezidenti Florentino Peres sözügedən futbolçuların transfer məsələsini müzakirə etmək üçün baş məşqçi Zinəddin Zidanın istirahətdən qayıtmasını gözləyir.

"Real"ın Mbappe üçün 100-110 milyon, Donnarumma üçün isə 30-35 milyon avro ödəməyə hazır olduğu bildirilib.

Xatırladaq ki, Mbappenin transfer qiymətinin 130 milyon avro olduğu iddia edilir.

 





22.06.2017    çap et  çap et