525.Az

Lavrov Tillersonla Rusiyaya qarşı yeni sanksiyaları müzakirə etdi


 

Lavrov Tillersonla Rusiyaya qarşı yeni sanksiyaları müzakirə etdi<b style="color:red"></b> Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı baş tutub.

APA-nın xəbərinə görə, bu barədə məlumat nazirliyin rəsmi saytında dərc edilib.
 
“İkitərəfli dialoqun perspektivlərinin müzakirəsi zamanı S.Lavrov, Vaşinqtonun iyunun 20-də tətbiq etdiyi yeni sanksiyalara toxunaraq, Rusiyaya qarşı bu vasitə ilə təzyiq göstərmək cəhdlərinin xam xəyal olduğunu qeyd edib.  Bu cür hərəkətlər onsuzda çətin dövr yaşayan Rusiya-ABŞ münasibətlərini kompleks şəkildə ciddi risk altına atır”, - deyə məlumatda bildirilir.
 
Lavrov həmçinin, Rusiya tərəfinin münasibətlərin normallaşdırılmasına dair Vaşinqtona irəli sürülən təklifə cavab gözlədiyini qeyd edib.
 





23.06.2017    çap et  çap et