525.Az

Rusiya gəmiləri "İŞİD" mövqelərinə raket zərbələri endirdi


 

Rusiya gəmiləri "İŞİD" mövqelərinə raket zərbələri endirdi<b style="color:red"></b> Rusiya hərbi-dəniz donanmasının gəmiləri İŞİD terror təşkilatının Suriyadakı mövqelərinə raket zərbələri endiriblər.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Aralıq dənizinin şərq hissəsindən “Admiral Essen”, “Admiral Qriqoroviç” freqatları və “Krasnodar” sualtı qayığı vasitəsilə İŞİD-in mövqelərinə 6 ədəd “Kalibr” qanadlı raketi buraxılıb. Nəticədə Hama əyalətində İŞİD-in idarəetmə məntəqələri və silah anbarlarının məhv edilib.
 
Türkiyə və İsrail komandanlıqları raket zərbələri barədə qabaqcadan məlumatlandırılıb.
 





23.06.2017    çap et  çap et