525.Az

Çexiya Avrozonaya daxil olmağa hazırlaşır


 

Çexiya Avrozonaya daxil olmağa hazırlaşır<b style="color:red"></b>

Çexiya Avropanın vahid valyutası olan avrodan istifadəyə keçməklə Avrozonaya daxil olmağa hazırlaşır.

"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çexiya Milli Bankının rəhbəri Yirji Rusnok məlumat verib.
 
Milli Bank rəhbərinin sözlərinə görə, avroya keçiddən əvvəl çexlər və Avrozona vətəndaşlarının gəlirləri arasında fərqi azaltmaq daha yaxşı olardı. Bundan əvvəl isə hökumət rəsmiləri avroya keçidlə bağlı niyyətlərini rəsmən bəyan etsələr də, bunun nə zaman baş verəcəyini açıqlamayıblar.

Maliyyə Nazirliyin hesablamalarına görə, Çexiyada qiymətlər Avrozonadakı qiymətlərin 60%-ni təşkil edir. İyirmi il bundan qabaq bu rəqəm 35% təşkil edib. Başqa sözlə, 2014-cü ildə çexlərin illik orta əməkhaqqı 345 min kron təşkil edirdisə, bu, Avrozonada eyni dövrün göstəricisinin (930 min kron) 37%-nə bərabər olub.
 
2016-cı ilin sonuna Çexiyada ÜDM 2,5% artıb. Ekspertlərin fikrincə, 2017-ci ildə ölkədə iqtisadi artım tempi ötən illə eyni səviyyədə qalacaq.

 





23.06.2017    çap et  çap et