525.Az

Hataydakı terror aktında ölənlərin sayı 170-ə çatıb (VİDEO)


 

Hataydakı terror aktında ölənlərin sayı 170-ə çatıb <b style="color:red">(VİDEO)</b>

Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində törədilən terror aktında ölənlərin sayı 50-yə çatıb. Dağıntılar altında axtarışlar hələ də davam edir. Artıq dağılmış bəzi evlər, o cümlədən ilk partlayışın törədildiyi bələdiyyə binasından bərpa işləri aparılmağa başlayıb.

Xatırladaq ki, mayın 12 də Türkiyə Suriya sərhədində baş verən bir birinin ardınca 4 partlayışda rəsmi məlumatlara görə 50 nəfər ölüb, 60 dan çox yaralı var.

Amma qeyri-rəsmi məlumatlarda ölənlərinin sayının 170 dən çox olduğu bildirilirdi. Rəsmi Ankara partlayışların arxasında Suriya hakimiyyətinin dayandığını açıqlamışdı. Suriya ətraflıqda baş verənlər sabah Amerika Birləşmiş Ştatlarında, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Ştatların prezidenti Barak Obamanın görüşündə müzakirə olunacaq.



 





14.05.2013    çap et  çap et