525.Az

Partlayışda xəsarət alan ANAMA əməkdaşları Azərbaycana gətiriləcəklər


 

Partlayışda xəsarət alan ANAMA əməkdaşları Azərbaycana gətiriləcəklər<b style="color:red"></b> “Türkiyə - İran sərhədində mina partlayışında yaralanan ANAMA-nın iki istehkamçısının vəziyyəti normaldır, onların həyati üçün hər hansı təhlükə yoxdur”.

Bunu APA-ya ANAMA-nın mətbuat xidmətinin rəhbəri Səbinə Sərkərova deyib.
 
O bildirib ki, Ramazan bayramı günlərində hadisə nəticəsində xəsarət almış Ruslan Qasımov ilk mərhələdə, Həzi Aslanov isə ikinci mərhələdə ANAMA-nın digər əməkdaşları ilə birlikdə Türkiyədən Azərbaycana qayıdacaqlar.
 
S. Sərkərova qeyd edib ki, istehkamçılar ölkəyə qayıtdıqdan sonra da bir müddət həkim nəzarətində olacaqlar.
 
Qeyd edək ki, ANAMA tərəfindən Türkiyədə mina təmizləmə işləri aparan “MECHEM” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Türkiyə-İran sərhədində mina təmizləmə əməliyyatları yerinə yetirilir. 20 iyun 2017-ci il tarixdə səhər saat 07:15 radələrində əməliyyat zamanı mina hadisəsi baş verib. Hadisə zamanı ANAMA-nın 2 əməkdaşı – Həzi Aslanov və Ruslan Qasımov yüngül bədən xəsarətləri alıb, xəstəxanaya yerləşdirilib.
 





23.06.2017    çap et  çap et