525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq? <b style="color:red"></b> İyunun 24-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, gündüz havanın arabir tutulacağı gözlənilir.
 
Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun gecə 18-20° isti, gündüz 25-30° isti, Bakıda gecə 18-20° isti, gündüz 27-29° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək.
 
Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55% təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti təşkil edəcək.
 
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 15-20° isti, gündüz 28-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
 





23.06.2017    çap et  çap et