525.Az

Mard: “İsveç Xarici İşlər Nazirliyinə işə qayıdacağam”


 

Mard: “İsveç Xarici İşlər Nazirliyinə işə qayıdacağam”<b style="color:red"></b> Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mardın səlahiyyət müddəti avqustun 31-də bitəcək.
 
APA-nın məlumatına görə, bu barədə M. Mard özü bildirib.
 
O yaxın vaxtlarda Brüsseldə Azərbaycandakı nümayəndəliyin yeni rəhbərinin adının açıqlanacağını bildirib:

"Mən isə İsveç Xarici İşlər Nazirliyinə işə qayıdacağam. Ailəm də Stokholma qayıdır. Amma biz Azərbaycana gəlib-gedəcəyik. Bizim burada dostlarımız var. Mənim iki oğlum 4 ildir buradadır. Onlar Azərbaycana yenidən səfər etməyimizi planlaşdırırlar”.
 





23.06.2017    çap et  çap et