525.Az

Ərdoğan sabah Amerikaya gedir


 

Ərdoğan sabah Amerikaya gedir<b style="color:red"></b>

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan sabah Amerikaya gedir.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, Ərdoğanın səfəri üçün hazırlıqlar günlər əvvəl başlayıb. Baş nazir bu dəvə simvolik əhəmiyyəti yüksək olan protokolla qarşılanacaq.

Səfərin əhəmiyyətinin ən mühüm göstəricilərindən biri Ərdoğanın "Blair House"da qonaq edilməsi olacaq. "Blair House"da yalnız seçkin qonaqlar ağırlanır.

Ərdoğanın səfərində ABŞ ilə əlaqələr və bölgədəki məsələlər müzakirə ediləcək. Ən isti mövzu isə Reyhanlıdakı terror aktı olacaq. Suriyadakı vətəndaş müharibəsi və Əsəd rejiminin dinc insanlara qarşı kimyəvi silahdan istifadə etdiyinə dair iddialar da müzakirə olunacaq əsas mövzulardandır. Terror probleminin həlli, İrana embarqolar, nüvə enerjisi məsələləri də müzakirə mövzusu olacaq.

Kritik səfərdə iqtisadi mövzular da ön planda olacaq. Baş nazir öz sektorunun ulduzu olan yüzə yaxın iş adamıyla Amerikaya gedir. Ərdoğan ABŞ-ın nəhəng şirkətlərini Türkiyəyə investisiya qoymağa çağıracaq.

Səfər çərçivəsində San-Fransiskoya getməsi də nəzərdə tutulan Ərdoğan Silikon vadisində bəzi quruluşları gəzəcək.

 





14.05.2013    çap et  çap et