525.Az

"Atəşkəsin pozulması status-kvonun davamsız olduğunu göstərir"


 

"Atəşkəsin pozulması status-kvonun davamsız olduğunu göstərir"<b style="color:red"></b>

"Atəşkəsin pozulması və itkilərin olması bir daha status-kvonun davamsız olduğunun göstəricisidir".
 
APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M. Mard xatırladıb ki, cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə bağlı Avropa İttifaqı bəyanatla çıxış edib:
"Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlinə dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini, həmçinin onların regiona səfərlərinin yekunlarına dair bəyanatlarını dəstəkləyirik. Brüssel bu məsələni yaxından izləyir. Avropa İttifaqının xüsusi nümayəndəsi cənab Zalber də regiona tez-tez səfər edir və prosesləri yaxından izləyir”.

 





23.06.2017    çap et  çap et