525.Az

Bakı Mühəndislik Universitetində ilk "Məzun günü"


 

Bakı Mühəndislik Universitetində ilk "Məzun günü" <b style="color:red"></b>

Bakı Mühəndislik Universitetində ilk "Məzun günü" keçirilib.

Ali məktəbin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə universitetin rektoru, professor Havar Məmmədov çıxış edərək qeyd edib ki, prezident İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində ölkəmizdə hər sahədə, eləcə də, təhsil sahəsində mühüm işlər görülüb.

Bu "Məzun günü"nün Bakı Mühəndislik Universitetinin tarixində əlamətdar bir hadisə olduğunu deyən H.Məmmədov bildirib ki, Bakı Mühəndislik Universiteti ilk məzunlarını cəmiyyətə təqdim edir: "Hazırda universitetdə 3818 tələbə bakalavr, 495 tələbə magistr, 57 tələbə isə dissertant və doktorant pilləsində təhsil alır. Bunlardan 951 tələbə 600 baldan çox, 268 tələbə 650-dən çox, 6 tələbə isə 700 bal toplayıb. Universitetdə 55 tələbə "Prezident təqaüdü", 97 tələbə isə "Gələcəyin müəllimi" təqaüdü alır. Bu gün universitetin İqtisadiyyat və İdarəetmə, Mühəndislik və Pedoqoji fakültəsindən 660 tələbə bakalavr pilləsindən, 170 tələbə isə magistr pilləsindən olmaqla ümumilikdə 830 nəfər məzun böyük həyata qədəm qoyur. Əminliklə deyə bilərəm ki, məzunlarımız layiqli əməlləri ilə universitetimizin fəxrinə çevriləcəklər".

Milli Məclisin deputatı Fuad Muradov isə öz çıxışı zamanı universitet kollektivini, məzunları və onların valideynlərini Milli Məclisin Gənclər və İdman komitəsi adından təbrik edib. Ölkəmizdə gənclərə yaradılmış imkanlardan danışan deputat məzunlara müstəqilliyimizin qorunmasında və möhkəmlənməsində bilik və bacarıqları ilə prezident İlham Əliyevin ətrafında sıx birləşmələrini tövsiyə edib, gələcək həyatlarında uğurlar arzulayıb.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov isə qeyd edib ki, Bakı Mühəndislik Universiteti məzunları ölkəmizin inkişafında mühüm rol oynayacaqlar: "Çünki bu universitetin müasir maddi-texniki bazası, savadlı akademik kadrları, ölkəsini sevən, müasir texnologiyaları mənimsəyən, savadlı və dünya görüşlü tələbələri var".

Abşeron icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, YAP Abşeron təşkilatının sədri Bilman Vəliyev və universitetlə əməkdaşlıq edən şirkətlərin nümayəndələri də məzunları təbrik ediblər.

Ceyhun ABASOV

 





23.06.2017    çap et  çap et