525.Az

Cavid Qurbanov təltif olundu


 

Cavid Qurbanov təltif olundu<b style="color:red"></b>

Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında qazanılan nailiyyətlərə və dəmiryolçuların sosial problemlərinin həllində göstərdiyi əvəzsiz xidmətlərə görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov MDB və Baltikyanı ölkələrin Ümumhəmkarlar İttifaqı Konfederasiyasının 25 illik gümüş xatirə nişanı ilə təltif olunub.

"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova "APA-Economics"ə bildirib ki, xatirə nişanı bu gün C.Qurbanova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev tərəfindən təqdim edilib.

 





23.06.2017    çap et  çap et