525.Az

Moldova prezidenti Formula 1 Paddokunda


 

Moldova prezidenti Formula 1 Paddokunda <b style="color:red"></b> Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov və federasiyanın vitse-prezidenti Mədət Quliyev Bakıda keçirilən Formula 1 yarışlarının ilk günündə Formula 1 Paddokunda olublar.
 
APA-nın məlumatına görə, onlar yarış ərəfəsi hazırlıqlarla maraqlanıb, iştirakçı komandaların qarajlarına baxış keçiriblər, habelə beynəlxalq hakimlərin və yarışı idarə edən komandanın işi ilə tanış olublar.
 
“Formula One Group”un icraçı direktoru Çeyz Keri AAF rəsmiləri ilə görüşdə Bakıdakı yarışlarda təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayaraq yaradılan şəraitə görə təşəkkürünü bildirib.
 
Sonra Azərbaycanda rəsmi səfərdə olan Moldova prezidenti İqor Dodon, gənclər və idman naziri Azad Rəhimov, AAF prezidenti Anar Ələkbərov və federasiyanın vitse-prezidenti Mədət Quliyev Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşlərinə baxıblar.
 





23.06.2017    çap et  çap et