525.Az

Azərbaycanın Fransadakı səfiri dəyişdirildi


 

Azərbaycanın Fransadakı səfiri dəyişdirildi<b style="color:red"></b> Prezident İlham Əliyev Elçin Əmirbəyovun Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
 
APA-nın məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Rəhman Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
 





23.06.2017    çap et  çap et