525.Az

“Azərbaycan Gürcüstanda tikiləcək yeraltı qaz anbarının tenderində iştirak edəcək”


 

“Azərbaycan Gürcüstanda tikiləcək yeraltı qaz anbarının tenderində iştirak edəcək”<b style="color:red"></b> Azərbaycan Gürcüstanda tikiləcək yeraltı qaz anbarının tenderində iştirak edəcək.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri M. Məmmədov deyib.
 
Onun sözlərinə görə, bu ilin sonunda Gürcüstan Neft və Qaz Korporasiyası tərəfindən anbarın tikintisi üçün tender elan olunacaq. “Tenderdə Azərbaycan tərəfi mütləq iştirak edəcək. Görüləcək işlər barədə yalnız tenderin nəticələri elan olunduqda sonra danışa bilərik. Bu günədək keçirilən bütün mərhələlərdə Azərbaycan tərəfi müşahidəçi olub və prosesləri yaxından izləyir”, deyə M.Məmmədov bildirib.
 
M.Məmmədov qeyd edib ki, SOCAR Gürcüstan Neft və Qaz Korporasiyasının bu ölkədə iki təcrübə quyusunun qazılması ilə bağlı elan etdiyi tenderdə qalib gəlib. Lakin sonradan Gürcüstan tərəfindən tenderin nəticələri ləğv olunub.
 
Neftin qiymətinə təsir göstərən amillərə toxunan M. Məmmədov bildirib ki,  dünya bazarında son iki ildə neftin bir barelinin qiyməti 45-55 dollar intervalında dəyişir: "Buna görə də istehlak qiymətlərində dəyişmə amili elə böyük dəyişikliklərə məruz qalmır. Bu qiymətlər 5-10 tetri aşağı düşür və yaxud 5 tetri qalxır. İstehlak qiymətinin qalxması  ilin əvvəlində müşahidə oldu və buda Gürcüstan dövlətinin aksizlərinin qalxması, yeni aksizlərin tətbiqi ilə əlaqədar idi. Bugünkü qiymətin azalması isə narahatlıq doğurmur”.
 
O həmçinin qeyd edib ki, SOCAR 2017-ci ilin sonunadək Gürcüstan qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirəcək: «Biz Gürcüstan iqtisadiyyatına 250 milyon dollar investisiya yatırmalıyıq. Bununla bağlı işlər ilin sonunadək başa çatdırılacaq”.
 





24.06.2017    çap et  çap et