525.Az

Məkkədə terror aktının qarşısı alındı


 

Məkkədə terror aktının qarşısı alındı<b style="color:red"></b> Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Məkkədə terror aktının qarşısını alıb.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Səudiyyə Ərəbistanının daxili işlər naziri bəyan edib.
 
Onun sözlərinə görə terrorçu-kamikadze “Əl-Haram” məscidində partlayış törətməyi planlaşdırıb.

Təhlükəsizlik qüvvələrinin əməkdaşları terrorçunun olduğu binanı mühasirəyə aldıqda, o özünü partladıb. “AFP” agentliyinin məlumatına görə, partlayış nəticəsində 11 nəfər yaralanıb.
 
Hadisə ilə əlaqədar biri qadın olmaqla, 5 nəfər saxlanılıb.
 





24.06.2017    çap et  çap et