525.Az

ABŞ-da güllə yarası alan konqresmen reanimasiyadan çıxarıldı


 

ABŞ-da güllə yarası alan konqresmen reanimasiyadan çıxarıldı<b style="color:red"></b> ABŞ-ın Virciniya ştatında odlu silahdan açılan atəş nəticəsində yaralanan Konqres üzvü Stiv Skaliz reanimasiyadan çıxarılıb.
 
APA-nın xəbərinə görə, bu barədə “Medstar” tibb mərkəzinin məlumatında bildirilir.
 
S.Skalizin vəziyyəti kafidir, hazırda konqresmenin uzunmüddətli bərpa-müalicə dövrü başlanır. Bir neçə  dəfə əməliyyat olunan konqresmeninin səhhəti yaxşılaşmaq üzrədir.  Həkimlər ombasından yaralanan xəstənin çoxlu qan itirdiyini, daxili orqanlarının zədələndiyini bildirirdilər.
 
İyunun 14-də Stiv Skaliz Virciniya ştatının Aleksandriya şəhərində öz köməkçiləri ilə beysbol oynayarkən avtomat silahdan atəşə tutulub. Nəticədə konqresmen və bir neçə nəfər, o cümlədən iki polis əməkdaşı yaralanıb. Cinayəti törədən 66 yaşlı İllinoys ştat sakini polislə atışmada yaralanıb, sonra isə xəstəxanada keçinib.
 





24.06.2017    çap et  çap et