525.Az

"Gürcüstanın inkişafında müsəlmanların rolu olduqca önəmlidir"


 

"Gürcüstanın inkişafında müsəlmanların rolu olduqca önəmlidir"<b style="color:red"></b> "Gürcüstanın inkişafında müsəlmanların rolu olduqca önəmlidir".

APA-nın məlumatına görə, bunu Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Ramazan bayramı münasibətilə keçirilən rəsmi ziyafətdə çıxışı zamanı bildirib.
 
"Bizi qardaşlıq bağları birləşdirir. Biz fərqli dinlərə etiqad edirik, lakin məhz bu fərqlilik bizim birliyimizi möhkəmləndirir və ölkəmizi daha güclü edir. Hər kəs bilir ki, Gürcüstanın dövlət quruculuğunda müsəlmanların böyük rolu olub. Bir çox patriot müsəlman ölkəmizin tarixində iz buraxa bilib. Bu gün bir çox müsəlman vətəndaşımız Gürcüstanın keşiyində dayanır", - deyə hökumət rəhbəri qeyd edib.
 
Baş nazir çıxışı zamanı həmçinin ölkədə müsəlman icması üçün yaradılan şəraitdən, yeni tikilən məscidlərdən bəhs edib, köhnə məscidlərin yenidən qurulmasına toxunub.
 
Qeyd edək ki, ənənəvi ziyafətdə Gürcüstanın hökumət və dövlət rəsmiləri, müsəlman ölkələrinin qonşu respublikada akkreditasiya olunan diplomatik nümayəndələrinin nümayəndələri iştirak edib.
 





24.06.2017    çap et  çap et