525.Az

"Formula-1": Azərbaycan Qran-prisində yeni lider


 

"Formula-1": Azərbaycan Qran-prisində yeni lider<b style="color:red"></b> Bakıda təşkil edilən “Formula-1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşlər keçirilib.

Apasport.az saytının məlumatına görə, yarışda 10 komandanın 20 pilotu iştirak edib.
 
İlk 2 sərbəst yürüşdən fərqli, bu dəfə yeni lider müəyyənləşib. 1 saat davam edən mübarizəni Valterri Botttas öndə bitirib. “Mercedes” pilotu 1:42:742 dəqiqəlik göstərici nümayiş etdirib.
 
Onu 1:42.837 dəqiqəlik nəticə ilə "Ferrari" üzvü Kimi Raykkonen izləyib. Siyahının üçüncü pilləsində “Mercedes”in digər pilotu Luis Hamilton (1:43.158) qərarlaşıb.
 
"Red Bull"dan Daniel Rikkardo (1:43.287) və "Force İndia"dan Esteban Okon (1:43.334) müvafiq olaraq, 4-5-ci yerləri tutublar. İlk 2 sərbəst yürüşün qalibi Maks Ferstappen (“Red Bull”) isə 6-cı nəticə göstərib – 1:43.614.
 





24.06.2017    çap et  çap et