525.Az

Qusarda Silahlı Qüvvələr günü münasibətilə tədbir


 

Qusarda Silahlı Qüvvələr günü münasibətilə tədbir <b style="color:red"></b>

Dünən Qusarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Rayon İcra Hakimiyyəti ilə birgə Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirib.

Xidmətdən verilən məlumata görə, tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı Ş.Alxasov Silahlı Qüvvələrimizin formalaşma prosesindən danışıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini N.Orucov milli ordu quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olduğunu və bu gün də hərbi sahəyə xüsusi əhəmiyyət verildiyini qeyd edib.

Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri M.Vəliyev bildirib ki, Azərbaycan Ordusu tarixi inkişaf prosesi keçərək regionun ən qüdrətli Silahlı Qüvvələri səviyyəsinə yüksəlib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü E.Həsənli isə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya yüksək səviyyədə diqqət və qayğısı nəticəsində hazırda milli ordumuz ən müasir silah-sursat və hərbi texnika ilə təchiz olunub.

Ceyhun ABASOV

 





24.06.2017    çap et  çap et