525.Az

"Azərbaycan-Xorvatiya əlaqələri dinamik inkişaf etməkdədir"


 

"Azərbaycan-Xorvatiya əlaqələri dinamik inkişaf etməkdədir"<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, məktubda deyilir: "Xorvatiya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
 
Bu gün Azərbaycan-Xorvatiya əlaqələri dinamik inkişaf etməkdədir. Ümidvaram ki, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız bundan sonra da ölkələrimizin çiçəklənməsinə, xalqlarımızın rifahına töhfələr verəcəkdir.
 
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına daim sülh və rifah diləyirəm".

 





24.06.2017    çap et  çap et