525.Az

Prezident sloveniyalı həmkarını təbrik etdi


 

Prezident sloveniyalı həmkarını təbrik etdi<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev sloveniyalı həmkarı Borut Pahora təbrik məktubu ünvanlayıb.
 
APA-nın məlumatına görə, məktubda deyilir: "Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
 
İnanıram ki, Azərbaycan-Sloveniya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

 





24.06.2017    çap et  çap et