525.Az

Prezident rus yazıçısını qəbul etdi


 

Prezident rus yazıçısını qəbul etdi<b style="color:red"></b> Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Rusiya Federasiyasının “Zavtra” qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanovu qəbul edib.
 
APA-nın məlumatına görə, Heydər Əliyev ilə görüşlərini dərin ehtiramla xatırlayan Aleksandr Proxanov onunla söhbətlərin çox maraqlı keçdiyini bildirib.
 
A. Proxanov Azərbaycana gəlişindən məmnunluq hissi keçirdiyini qeyd edərək, regionlarımıza səfər etdiyini və ölkəmizdəki inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını söyləyib.  Prezident İlham Əliyev A. Proxanovun Azərbaycana səfərinin səmərəli və maraqlı olacağına ümidvar olduğunu bildirib.
 
Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Humanitar sahədə əməkdaşlığın genişləndirilməsində Azərbaycan və Rusiya ziyalılarının əlaqələrinin rolu vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
 





25.06.2017    çap et  çap et