525.Az

Ermənilərin Ağdamı atəşə tutması nəticəsində yanğın baş verdi


 

Ermənilərin Ağdamı atəşə tutması nəticəsində yanğın baş verdi<b style="color:red"></b> Ermənilərin Ağdamın Orta Qərvənd kəndini atəşə tutması nəticəsində yanğın baş verib.
 
APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, düşmən atəşi nəticəsində kənd sakini Vilayət Həsənova məxsus tikili və tikilinin içərisinə yığılmış 450 ədəd ot bağlaması yanıb.
 
Həyata keçirilən tədbirlər nəticəsində yanğının digər tikililərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.
 





26.06.2017    çap et  çap et