525.Az

İranda türkcə yayımlar dayandırıldı


 

İranda türkcə yayımlar dayandırıldı<b style="color:red"></b>

İranın rəsmi xəbər agentliyi İRNA və yarı rəsmi xəbər agentliyi Fars türkcə xəbər yayımlamayacaq.

2005-ci ildə türkcə xəbər yaymağa başlayan İRNA bu xidmətini tamamilə dayandırıb.

2008-ci ildə türkcəni xəbər dillərinə əlavə edən "Fars" agentliyi isə aprelin 20-dən etibarən türkcə xəbərlərini yeniləmir.

Agentliklərin heç biri bu haqda rəsmi açıqlama verməyib.

 





14.05.2013    çap et  çap et