525.Az

Bu gün Bakıda hərbi orkestrlərin çıxışları olacaq


 

Bu gün Bakıda hərbi orkestrlərin çıxışları olacaq<b style="color:red"></b> Bu gün Bakının müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.
 
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, 26 İyun - Silahlı Qüvvələr Günü bayramı münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Dənizkənarı Milli Parkda (Azadlıq meydanın qarşısındakı fəvvarələrin önündə); Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə); Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında; Zərifə Əliyeva parkında; Zabitlər parkında; Fəvvarələr meydanında hərbi orkestrlərin çıxışları olacaq.
 





26.06.2017    çap et  çap et