525.Az

"Cənubi Koreyanın sabiq rəhbərliyi Kim Çen Inın öldürülməsini planlaşdırıb"


 

"Cənubi Koreyanın sabiq rəhbərliyi Kim Çen Inın öldürülməsini planlaşdırıb"<b style="color:red"></b>

Cənubi Koreyanın əvvəlki rəhbərliyi, Pak Kın Xe administrasiyası Şimali Koreya lideri Kim Çen Inın öldürülməsini planlaşdırıb.

"Report" xəbər verir ki, bu barədə Yaponiyanın "Asahi" qəzeti mənbəyə istinadən xəbər verib.

Qeyd olunur ki, 2015-ci ilin sonunda Pak Kın Xe Koreya Xalq Demokratik Respublikasının rəhbərliyinin "dəyişdirilməsi" ilə bağlı sənəd imzalayıb. Qəbul edilmiş planı işləmək Cənubi Koreyanın kəşfiyyatına tapşırılıb.

Ehtimal edilirdi ki, Kim Çen Inın ölümü bədbəxt hadisə kimi görünməli idi. Variantlar arasında yol-nəqliyyat hadisəsinə, dəmir yolunda və ya suda qəzaya baxılıb. Bununla belə, planı reallaşdırmaq mümkün olmayıb.

Qəzetin məlumatına görə, Cənubi Koreyanın indiki administrasiyası Şimali Koreya liderini aradan götürmək niyyətini ləğv edib.

 





26.06.2017    çap et  çap et