525.Az

Belarus Rusiyadan "İsgəndər" zenit-raket kompleksləri ala bilər


 

Belarus Rusiyadan "İsgəndər" zenit-raket kompleksləri ala bilər<b style="color:red"></b>

"Belarus yaxın zamanlarda Rusiyadan "İsgəndər" zenit-raket komplekslərinin alınması məsələsini nəzərdən keçirə bilər".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Belarusun Rusiyadakı səfiri İqor Petrişenko deyib.

Onun sözlərinə görə, hazırda Belarusda əsas zenit-raket kompleksi kimi "S-300" sistemləri istifadə olunur.

O əlavə edib ki, "S-400" və "İsgəndər" raket-zenit komplekslərinin alınması məsələsi yeni silahların və ölkədə təkmilləşdirilmiş sistemlərin olması baxımından nəzərdən keçirilə bilər.

 





26.06.2017    çap et  çap et