525.Az

Heydər Əliyev Mərkəzinin parkında taekvondo dərsi


 

Heydər Əliyev Mərkəzinin parkında taekvondo dərsi <b style="color:red"></b> Heydər Əliyev Mərkəzinin parkında bu həftəsonu açıq havada növbəti idman dərsi təşkil edilib.
 
Mərkəzdən APA-ya verilən məlumata görə, budəfəki dərs taekvondo üzrə olub.
 
Dərsi taekvondo üzrə 2 dəfə Avropa çempionu, Dünya Kubokunun bürünc mükafatçısı, 14 dəfə respublika çempionu, 25 dəfə beynəlxalq turnirlərin qızıl mükafatçısı, Əməkdar idman ustası İlkin Şahbazov aparıb.
 
5-16 yaş arasında uşaq və yeniyetmələrin qoşulduğu dərs master-klass formatında 1 saatdan artıq davam edib, iştirakçılara müxtəlif tövsiyyələr verilib.
 





26.06.2017    çap et  çap et