525.Az

Tramp yeni FTB direktorunun namizədliyini Senata təqdim etdi


 

Tramp yeni FTB direktorunun namizədliyini Senata təqdim etdi<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp Kristofer Reyin Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsinə namizədliyini baxılmaq üçün Senata təqdim edib.
 
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.
 
D.Tramp iyunun 7-də K.Reyin FTB direktoru postuna namizədliyini irəli sürdüyünü bəyan edib.
 
Yel universitetinin məzunu, 51 yaşlı Kristofer Rey 2003-2005-ci illərdə Ədliyyə naziri və Baş prokurorunun köməkçisi vəzifələrində çalışıb. Hazırda K.Rey “King & Spalding” hüquq şirkətinin rəhbərlərindən biridir.

 





27.06.2017    çap et  çap et