525.Az

Ukrayna hərbi kəşfiyyatının xüsusi təyinatlılarının rəhbəri öldürüldü


 

Ukrayna hərbi kəşfiyyatının xüsusi təyinatlılarının rəhbəri öldürüldü<b style="color:red"></b> Ukrayna Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçisinin avtomobili partladılıb.
 
APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər yerli vaxtla saat 09:15-də Kiyevin Solomensk rayonu ərazisində baş verib.

“Mercedes” markalı avtomobildə baş verən partlayış nəticəsində sürücü ölüb. Bir qədər sonra sürücünün Ukrayna Müdafiə Nazirliyinin əməkdaşı Maksim Şapoval olduğu açıqlanıb. M. Şapoval Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarının komandiri imiş.
 
Hadisənin terror aktı olduğu güman edilir. Faktla bağlı təhqiqat aparılır.
 





27.06.2017    çap et  çap et