525.Az

Qlobal kiber hücumdan ən çox Ukrayna ziyan çəkib


 

Qlobal kiber hücumdan ən çox Ukrayna ziyan çəkib<b style="color:red"></b> “Petya” virusuna yoluxma kiber hücümdan ən çox ziyan çəkmiş Ukraynadan başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ESET virus laboratoriyasının məlumatında bildirilir.
 
Şirkətin virusdan zərər çəkmiş ölkələr üzrə hazırladığı reytinqə əsasən,  hücumdan ən çox Ukrayna ziyan çəkib. İkinci yerdə İtaliya, üçüncü yerdə İsrail qərarlaşıb. 
 
İlk onluqda Serbiya, Macarıstan, Rumıniya, Polşa, Argentina, Çexiya və Almaniya yer alıb. Rusiya bu siyahıda 14-cü pillədədir.
 
Qeyd edək ki, ötən gün dünya üzrə bir çox iri şirkətlər güclü haker hücumuna məruz qaldıqlarını bəyan ediblər.
 
Ukrayna və Rusiyanın bir çox iri şirkətlərinin kompüter şəbəkələrinə buraxılan bu virus daha sonra digər ölkələrə yayılıb.
 
Kompüterin blokdan çıxarılması üçün virus proqramı istifadəçidən 300 dolların ödənilməsini tələb edir.
 





28.06.2017    çap et  çap et