525.Az

Venesuelada polis helikopteri Ali Məhkəmənin binasına hücum etdi


 

Venesuelada polis helikopteri Ali Məhkəmənin binasına hücum etdi<b style="color:red"></b> Venesuelanın paytaxtı Karakas şəhəri üzərində uçan polis helikopterinin pilotu əhalini hökumətə qarşı çıxış etməyə çağırıb, daha sonra isə Ali Məhkəmənin binasına hücum edib.
 
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Venesuelanın rabitə və informasiya naziri  Ernesto Vilyeqas bildirib.
 
“Bir nəfər respublikaya qarşı silah qaldırıb. O, helikopteri qaçıraraq Ali Məhkəmənin binasına hücum edib”, - deyə o qeyd edib. 
 
Məlumatı Venesuela prezidenti Nikolas Maduro təsdiqləyib. 
 
“Helikopterdə olanlardan biri ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə təmasda olan sabiq DİN rəhbəri Rodriqes Torresin pilotu olub”, - deyə Maduro qeyd edib.   
 
Onun sözlərinə görə, helikopterdən  məhkəmə binasına iki əl qumbarası atılıb. Onlardan yalnız biri partlayıb: “İnsident nəticəsində yüzlərlə insan yaralana bilərdi”.
 





28.06.2017    çap et  çap et